İqtisadiyyat

Bananın qiyməti dəyişib

25 Mart 2017 21:49
13 Şərh     Baxış: 2 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə bazarlarında bananın qiyməti qəfil sıçrayışla bahalaşıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə satıcılar məlumat verib.

Onların dediyinə görə, bir müddət əvvəl hətta 2 manatdan aşağı satdıqları bananın topdansatış qiyməti hazırda 3,50-3,60 manat arasında dəyişir.

"Əvvəl bu məhsulun qutusunu 35 manata alırdıqsa, indi 70 manatadır. İndiki halda bananın hər kilosunda bizə 20 qəpik qalır. Ancaq biri qaraldısa, ziyana düşürük", - ticarətçilərdən biri deyib.

Satıcılar bananın qiymətində bayramdan sonra bahalaşmanın müşahidə olunmasını anlaşılmaz sayırlar: "Bu günlərdə mətbuatda oxuduq ki, Avropa ölkələrində Novruz bayramı günlərində endirimlər olub. Ancaq bizdə nəinki bayramda, ondan sonra da bahalaşma dayanmır".

Qeyd edək ki, bayramdan sonra digər məhsulların da ucuzlaşacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb.

Məsələn, son bir-iki gündə şabalıd 5-6 manatdan 8 manatadək bahalaşıb. Manatın məzənnəsinin sabit qaldığı, hətta alıcılıq qabiliyyətinin aşağı düşdüyü halda, bu bahalaşmanın səbəbi bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.