Bakı metropolitenində maliyyə fırıldaqları AŞKARLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Bakı metrosu ilə sərnişindaşıma xidmətləri üzrə bir gedişin maya dəyəri maliyyə hesabatlarında artıq göstərilib.
Bu barədə Hesablama Palatası tərəfindən "Bakı Metropoliteni" QSC-də həyata keçirilmiş auditin nəticələrində deyilir.
"Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və Dövlət Sosial Müdafiə Fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilib", - deyə auditlə müəyyən edilib.
Audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 mln. manat, 2015-ci il üzrə 90,6 mln. manat, həmçinin cəlb edilmiş kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 602,0 mln. manat məbləğində vəsaiti əhatə edib.
Metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsindən yaranan zərərin qismən ödənilməsi ilə əlaqədar köçürülmüş 2014-cü ildə 36,0 mln. manat və 2015-ci ildə 38,0 mln. manat subsidiya məbləğləri əmək haqqı və digər sosial təyinatlı xərclərin ödənilməsinə yönəldilib.
Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil, növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2 726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmayıb.
Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün "Bank Technique" ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)





