Bundan son necə olacaq? - sahibkarlar danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəpəz Televiziyasının (Region TV) "Bu həftə" proqramının qonaqları Gəncə Sahibkarlar Assosiasiyasının rəhbəri Samir Heydərov və "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zemfira Ağayevadır. Verilişdə müzakirə mövzusu Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, sahibkarların qarşılaşdıqları əsas çətinliklər, yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarların məcburi şəkildə ictimai işlərə cəlb olunması kimi məsələlər olub.
Gəncə Sahibkarlar Assosiasiyasının rəhbəri Samir Heydərov ölkə başçısını sahibkarlıqla bağlı imzaladığı son fərmanın sahibkarlığa birbaşa təkan verdiyini bildirdi. Samir Heydərov son dövrlərdə sahibkarların işlərinə müdaxilələrin artdığını, yoxlamarın, hətta aidiyyəti olmayan qurumlar tərəfindən belə aparılmasını bu sahəyə ciddi zərbə kimi qiymətləndirir. Son dövrlərdə sahibkarlıq sahəsində maariflənmə işinin aparılmasının olduqca əhəmiyyətli olduğunu deyən assosiasiya rəhbəri, artıq bunun nəticələrini işə qəbul üçün gələn şəxslərlə söhbət zamanı gördüyünü bildirdi.
Samir Heydərov - Gəncə Sahibkarlar Assosiasiyasının rəhbəri: "İşə qəbul üçün gələn hər bir kəs artıq əmək müqaviləsi bağlanmalı olduğundan xəbərdardır. Bu da öz növbəsində görülən işlərin səmərəli nəticə verməsinə daha bir sübutdur".
Son dövrdə sahibkarların ən çox şikayət etdiyi məsələlərdən birinin də yerli icra aparatının onların işlərinə müdaxilə halının çoxalması, onların istəyi olmadan hər hansı işlərə cəlb olunmaları mövzusuna toxunan Samir Heydərov əslində bu işlərin könüllü olaraq, sahibkarın öz istəyilə həyata keçirilməsinin daha məqsədəuyğun olacağını dedi. Bu mövzuda Samir Heydərova dəstək olan Zemfira Ağayeva hər bir işin könüllü formada icrasına tərəfdar olduğunu bildirdi.
Samir Heydərov: "Prezidentin son sərəncamından sonra düşünürəm ki, sahibkarlar ölkə quruculuğunda, yaşadıqları şəhər və ya qəsəbənin abadlaşdırılmasında daha çox rol oynayacaqlar".
Veriliş əsnasında toxunulan maraqlı mövzulardan biri də gənc sahibkarların yetişdirilməsi ilə bağlı məqam idi. Belə ki, "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zemfira Ağayeva son dövrdə onların işinin böyük bir hissəsinin məhz buna yönəldiyini vurğuladı.
Zemfira Ağayeva- "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri: "Gənc sahibkarların yetişdirilməsi dedikdə, biz onların sahibkarlığa dair bütün məqamlara bələd olmalarını, maariflənmələrini, sahibkar olaraq işə başlamasına qədər olan müddətdə nəzarətdə saxlayırıq. Bu bizim könüllü olaraq öz üzərimizə götürdüyümüz missiyamızdır. Bu tək Gəncədə deyil, bütün regionda həyata keçirilir. Bir neçə rayonda da mərkəzlərimiz açılıb".
Zemfira Ağayeva bildirib ki, indiyədək sahibkarların fəaliyyətinə müdaxilə, qanunsuz yoxlamaların keçirilməsi və digər problemlərlə əlaqədar qərb bölgəsində 30-dan artıq sahibkar qadın öz fəaliyyətini dayandırmalı olub. İB rəhbəri qeyd edib ki, dövlət başçısı tərəfindən müvafiq sənədlərin imzalanmasından sonra artıq həmin sahibkarlar öz fəaliyyətlərini bərpa etmək niyyətindədirlər.
Zemfira Ağayeva: "Prezidentin sərəncamından öncə 35 nəfər sahibkar qadınımız öz işini dayandırmışdı. Lakin məlum sərəncamdan sonra onlar artıq işlərinin yenidən bərpası istiqamətində addımlar atmağa başlayıblar. Bu sərəncam bütün sahibkarlarda yüksək əhval-ruhiyyə yaradıb".
Lakin bu sahibkarlğın inkişafı üçün yetərli deyil, belə ki, sahibkarlığın inkişafı üçün ilk öncə kredit faizlərinin aşağı salınmalı olduğunu deyən Samir Heydərov bu halın manatın devalvasiyasından sonra bankların durumunun ağırlaşması ilə daha çətin hal aldığını bildirdi. Zemfira Ağayeva isə sahibkar qadınların çox böyük məbləğdə kredit almadıqlarına görə, onların SKMF-nin xidmətlərindən daha çox yararlandığını dedi.
Zemfira Ağayeva: "Sahibkar qadınlar daim güzəştli kredit ala bilirlər. Bir halı nəzərə çatdırım ki, sahibkar qadınlara edilən güzəştlər nisbətən artıqdır".
Gəncə Sahibkarlar Assosiasiyasının rəhbəri Samir Heydərov sahibkarların istehsal etdikləri məhsulu xarici bazarlara çıxarmaqda qarşılaşdıqları çətinliklərə bağlı məqama diqqət çəkərək sözügedən islahatlardan sonra bu problemin də həll olunacağına ümidi ifadə edib.
Samir Heydərov: "Çox istərdim ki, idxal, ixrac əməliyyatları "Asan Xidmət"ə verilsin. Bizim istehsal etdiyimiz bütün məhsullar olduqca keyfiyyətlidir, onlar xarici ölkələrə aparılaraq orada yoxlanılır. Odur ki, onların ixrac zamanı çətinliklə üzləşməsi xoş hal kimi qarşılanmır".
Qeyd edək ki, veriliş əsnasında sahibkarlığın sonrakı inkişafı, gələcək layihələr barədə də olduqca maraqlı məqamlara toxunuldu. Sahibkarlıq sahəsi ilə bağlı aparılan bütün bu söhbətlərin tamamını "Bu həftənin qonağı" rubrikasında izləyə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
-
Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir
-
"Dənizə gedənin ağlı yoxdur"
-
Rusiya Müdafiə Nazirliyi: Bir gündə 400-dən çox PUA vurulub
-
Pirşağıda qadın dənizdə boğularaq öldü
-
Vaqif Qurbanoğlunun qızı vəfat etdi
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - (Video)
-
Sabah temperatur 33 dərəcəyədək yüksələcək - Proqnoz
-
DYP sürücüləri diqqətli olmağa çağırıb
-
30 litr yanacağa sevinən qadınların videosu gündəm oldu - (Video)
-
İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir
-
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
-
Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - RƏSMİ AÇIQLAMA
-
Sumqayıtda 1000-dən çox abonentin qazı kəsiləcək
-
Sürücülük hüququ olmayan şəxsin narkotik istifadə etdiyi müəyyən olunub
-
Venesuelada zəlzələ qurbanlarının sayı 1450 nəfərə çatıb
-
Bakıda mansard mənzillərlə adi mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
İşğaldan azad bölgələrdə 1696 hektardan çox ərazi təmizlənib
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - Hakimdən açıqlama
-
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - Ağaclarda dərmanlama işləri aparılır
-
Azərbaycanda 63 yaşlı qadın ana oldu - (Video)
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb





