Mədəniyyət

"Arxamca gəlirdi, mənə məktublar yazırdı" - Xəlil Rza Ulutürkün xanımı - VİDEO - FOTO

21 Oktyabr 2016 16:56
1 Şərh     Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyirdim ki, arxamca düşmə, qohumlarım görər

Mərhum xalq şairimiz Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk ARB TV-nin "Gəlin danışaq" verilişində maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, Firəngiz xanım X.R.Ulutürklə bağlı xatirələrini bölüşüb, xalq şairi ilə tanış olması haqda danışıb:
"1954-cü ildə universitetdə mən 1-ci, Xəlil isə 4-cü kursda idi. Bacım da Xəlillə oxuyurdu. Bacım işlədiyi üçün, ona yemək aparırdım həmişə. Xəlil də məni orada görmüşdü. Daha sonra arxamca gəlirdi, söz atmırdı, ancaq məktublar yazırdı. Onun cəsarətli olduğunu görüb istər-istəməz meyl göstərdim. Məhəbbət yolunda çoxlu maneələrlə rastlaşmışam. Ailə üzvlərim istəmirdi və qadağalar qoyurdu. Hamamxanamız var idi, onun yazdığı məktubları orada gizli oxuyurdum. Gördüm ki, həyat yollarını tanıyır, yaşamağın yollarını bilir.

Ona dəqiq bir söz deməmişdim, sadəcə, yanımda və arxamca gəlməməsini istəmişdim ki, qohumlarım görər. Atam Salyanda baş həkim işləyirdi. Anam atama məsələni danışmışdı. Xəlilin də atası Salyanda mənim atamla gedib danışdı. Atam da dedi ki, mən heç nə demirəm əgər qız razıdırsa. Sonra Xəlilgil elçi gəldi. Anam da istəyirdi ki, mən öz nəslimizdən olan həkimə gedim. Eyni vaxtda həm Xəlilgil, həm də anamın qohumları elçi gəldi. Birini öz evimizdə, birini də qonşunun evində əyləşdirdilər. Mənlə söhbət etdikdən sonra atama cavabımı dedim. O da onun atasına cavabımı bildirdi. Universiteti bitirdikdən sonra evləndik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.