Mədəniyyət

Əməkdar artist: "Bunu çox istəyirəm, amma…"

29 İyun 2015 23:14
3 Şərh     Baxış: 3 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova seriallarla bərabər böyük ekran işlərinə də çəkilmək arzusundadır. Amma deyəsən, rejissorlar onu filmlərinə dəvət etmirlər.

Milli.Az xəbər verir ki, publika.az-a açıqlama verən aktrisa gileylənməsə də, arzularını dilə gətirib:
"Mən aktrisayam və işim filmə çəkilməkdir. Çox istəyirəm ki, böyük filmlərdə rol alım. Amma durub heç bir rejissora ağız açmaram ki, mənə filmində rol ver. Dəvət edərlər çəkilərəm, etməzlərsə də, oturub gözləyərəm".
Çəkildiyi seriallardan məmnun qaldığını dilə gətirən əməkdar artist hazırda heç bir seriala çəkilmədiyini bildirib.
Qeyd edək ki, aktrisa "Sənə inanıram", "Səndən sonra", "Oğurlanmış arzular" və digər seriallarda rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.