Ölkə

Qazaxın 4 yox, 6 kəndi qaytarılıb – Baqratyan

11 May 2024 06:54
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda revanşistlərin keşiş Baqratın rəhbərliyi altında delimitasiyaya qarşı keçirdiyi aksiyaya gələn Ermənistanın sabiq baş naziri Qrant Baqratyan sensasion iddia ilə çıxış edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, Tavuş vilayətində Azərbaycana 4 deyil, 6 kəndin qaytarıldığını erməni mediasına açıqlamasında deyib.

Baqratyan heç bir sübut gətirməyib, qaytarılan kəndlərin də adını çəkməyib. Yalnız onu deyib ki, hətta "mübarizə" uğurlu olsa belə (Paşinyanın istefasına nail olmaq - red.), orada nəyisə dəyişmək çətin olacaq, çünki artıq yerdə proses tamamlanıb.

O, həmçinin anklavlar məsələsinin qaldığını da açıqlayıb:

"Quql-Məpsə (Google Maps) yeni anklav əlavə olunur".

Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndi geri qaytarılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.