Siyasət

İlham Əliyev: Bizim sözümüz imzamız qədər dəyərlidir

4 İyun 2024 11:16
Baxış: 457

Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. "Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük", - deyə Prezident vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.