Mədəniyyət

YARAT "Təcavüz. Muzey 2014" layihəsinin yekun sərgilər silsiləsinə dəvət edir - FOTO

17 Oktyabr 2014 22:00
Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əziz dostlar,

Sizi böyük məmnuniyyətlə YARAT Müasir İncəsənət Məkanının "Təcavüz. Muzey 2014" layihəsinin yekun sərgilər silsiləsinə dəvət edirik.

Sərgilər 18 oktyabr - 30 noyabr 2014-cü il tarixində Bakının ən böyük muzeylərində baş tutacaq - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi,
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu,
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu.

Layihəyə Bank Technique dəstək verir.


YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır.
Bu layihənin kuratoru - Azərbaycanın əməkdar rəssamı Səbinə Şıxlinskayadır.
Layihənin mövzusu Azərbaycanın zəngin maddi-mənəvi, mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natəvan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xalıqova, Aysel Nağıyeva, Rüfət Alıyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışova, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiani, Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.

Altı ay ərzində "Təcavüz. Muzey 2014" layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət etdilər.

"Təcavüz. Muzey 2014"  layihəsinin təqdimat günü - 18 oktyabr 2014-cü il.

Proqram:

18 oktyabr 2014


16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11/13)
17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Hüseynov pr. 28)
19:30 "Atəşgah məbədi", Dövlət Tarix-Memarlıq Qoruğu
20:00 Nərmin İsrafilova "Səsin yaranması", performans. ("Atəşgah məbədi")

19 oktyabr 2014

20:00
- 24:00 Azərbaycan Xalça Muzeyi, "Muzeydə gecə", rəssamlar ilə görüş


www.yarat.az
Əlaqə telefonu: 012 505 1414

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.