Dünya

ABŞ-ın zərbələrindən sonra dağıdılan İranın nüvə obyektləri – Peyk görüntüləri yayıldı

23 İyun 2025 16:45
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yayımlanan yeni peyk görüntüləri hücumların dəqiqliyini və dağıntının miqyasını ortaya qoyub. ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirilən hücum nəticəsində İsfahan və Fordo bölgələrindəki əsas nüvə komplekslərinə ciddi ziyan dəyib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, Tramp Tehrandan 80 mil cənubda yerləşən Fordo nüvə obyektinə qarşı altı ədəd B-2 Spirit bombardmançı təyyarəsinin istifadəsini əmr edib. Təyyarələr 30 min funtluq bunker buster bombaları ilə obyektləri hədəfə alıblar.

"Zərbələr möhtəşəm hərbi uğurdur", - deyə Tramp gecə saatlarında Ağ Evdən etdiyi çıxışda bildirib. O, eyni zamanda ABŞ-ın sülh istədiyini, lakin "dəhşətli nəticələrə" də hazır olduğunu vurğulayıb.

Yeni yayımlanan peyk fotoları isə İsfahan nüvə zənginləşdirmə mərkəzinin və Fordo yeraltı kompleksinin zərbələr nəticəsində praktiki olaraq "düzləndiyini" göstərir. Şəkillərdə obyektlərdə torpaq çökmələri, giriş nöqtələrinin məhv edilməsi və infrastrukturun tamamilə sıradan çıxması müşahidə olunur.

İranın Xarici İşlər Naziri Abbas Əraqçi Trampın addımını "qanunsuz zorakılıq" adlandıraraq, beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb. "Bəşəriyyət bir növ kimi o qədər irəliləmişdir ki, bu cür vəhşi davranışlara səssiz qalmaq olmaz", - deyə o bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.