Mədəniyyət

Nizami Gəncəvi Qaxda doğulub?

4 Fevral 2014 18:36
10 Şərh     Baxış: 19 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dahi şair Nizami Gəncəvinin Qax rayonunun Qum kəndində anadan olması ilə bağlı bəzi tarixi sənədlər mövcuddur. Bəzi tarixi mənbələrdə Nizami Gəncəvinin İranın Qum kəndindən dünyaya gəldiyi barədə fikrlər qabardılsa da, bəzi tarixi sənədlərdə onun məhz Azərbaycanın Qax rayonunun Qum kəndində anadan olması öz təsdiqini tapır.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bir çox əsərlərdə "Kohestan" və ya "Qohestan" kimi adı hallanan yer əslində indiki Qax rayonudur. Elə Qum kəndində dahi şairin şərəfinə qoyulan büstün ətrafında yazılan əlyazmadan parçalar da bunu bir daha sübut edir.

Tarixçi Vidadi Şıxəmirov dahi şairin əsərlərində də onun məhz Qum kəndində doğulması ilə bağlı faktların əks olunduğunu bildirir. Nizami yurdu... Qum kəndi Qaxda bu adla tanınır. Belə rəvayət olunur ki, Nizami Gəncəvi Böyük Qafqaz dağlarını gəzəndə Qumdakı bir yüksəklikdən Kəpəz dağını seyr edərmiş. Hələ o vaxt Qum kənd müəllimləri və məktəbliləri tarixçi, şərqşünas alim Ziya Bünyadova məktub ünvanlayıblar. Cavab məktubunda isə şairin, həqiqətən də, Qax rayonunun Qum kəndindən olması təsdiqini tapır.

Məktubda "...bəli, Nizami Qum kəndindəndir və sizin həmyerlinizdir" cümələləri əksini tapmışdı. Qum kəndində doğulan Nizami Gəncəvi Gəncə şəhərində yaşayıb, yaradıb. Azərbaycanın hansı bölgəsindən olmasına baxmayaraq, bizlər belə tarixi şəxsiyyətlərimizlə qürur duymalıyıq. Ona görə ki, o, Azərbaycan torpağının övladıdır.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.