Mədəniyyət

Bakıda məhəbbət və iztirablı müzikl - VİDEO-FOTOSESSİYA

19 İyun 2010 13:10
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məhəbbət və nifrət, ehtiras və iztirab, sədaqət və xəyanət əhvalatını görmək üçün "Notre Dame de Paris"dən yaxşı mövzu ola bilməzdi. Yüzilliklərdir bu mövzuya maraq və mədəniyyət, incəsənət dilləri vasitəsilə saysız hesabsız müraciətlər var.

Dahi fransız yazıçısı Viktor Hüqonun "Paris Notr Dam kilsəsi"  romanının motivləri əsasında qoyulan mədəniyyət və incəsənət nümunələrini nə göstərən, nə də görən usanır. Lakin nə kitab, nə film, nə də incəsənətin digər sahəsi müzilk qədər maraq kəsb etmir. Dünya praktikasında səhnələşdirilən müzıkllara hədsiz maraq bunu deməyə əsas verir. "Notre Dame de Paris" müzıklı dünyanın bir çox ölkələrində hazırlanıb. Azərbaycan da sözün yaxşı mənasında qonşudan geri qalmayaraq, gözəl qaraçı qızı Esmiralda və eybəcər kilsə zəngçalanı Kvazimodonun hekayətini yerli tamaşaçılarımıza göstərdi.

"Mədəniyyət paytaxtlarının dialoqu" layihəsi çrəçivəsində Azərbaycan, Litva və Polşa sənətçilərinin iştirakı ilə sözügedən müzıklı əsrəyə gətirildi. Mədəniyyət və Turizm Nazirliyi və Üns yaradıcılıq səhnəsinin birgə layihəsinin təqdimat məkanı olaraq H.Əliyev adına Sarayı seçildi.

15-ci əsrdə "Paris Notr Dam kilsəsi"ində baş verənləri göstərməyə çalışanlar -  prodüsserlər Andrius Brokas, Egmontas Vjezkas, rejissor Raminas Marcinkus (Litva), xoreoqraf Paulina Andrzevska (Polşa), vokal üzrə məşqçi Rauf Babayev (Azərbaycan) oldu. Əfsanəvi hekayəti bizə görükdürənlər isə Nailə Zeynalova (Esmiralda), İlham Nəzərov (Kvazimodo),  Elnur Hüseynov (Fev de Şatoper), Səbinə Babayeva (Flör de Lis), Viktoras Malinauskas (Klod Frollo), Jeranimas Milius (Klopen), Meskela Povilas  (Qrenquar),  cümlədən Polşa Balet Məktəbinin yetirmələri - Joana Ziemczyk, Katarzyna Varcik, Qdadys Patryk, Maslanka Grzegor, Paczuski Michal, Andrzejevska Anna, Paulina Mandrzajevska, Veronika Malicka oldu.

Tamaşaya gəlincə, əvvəla ondan başlayaq ki, Azərbaycan teatr aləmində indiyədək müzikl qoyulmamışdı. Bu baxımdan "Paris Notr Dam kilsəsi" müzikl ilk və hələ ki yeganədir. Tamaşanın litvalı rejissoru rejissor Ramunas Martsinkus, aktyorları Viktoras Malinauskas (Klod Frollo) və Kestutis Alciauskis, Feb rolunun digər ifaçısı) eyniadlı müzıklda hələ 2007-ci ildə yer alıblar. Yenə də üç ölkə - Litva, Latviya və Böyük Britaniya arasındakı ortaq layihə əsasında. Və hətta virtual mətbuatın yazdıqlarına inansaq, bu müzıkl böyük ajiotaja səbəb olub. Görünür, litvalı reijssorun Azərbaycana dəvət olunmasının da səbəbi həmin əks-sədanın nəticəsidir. Yerli sənətçilərimiz, konkret olaraq Nailə Zeynalova, İlham Nəzərov, Səbinə Babayeva və Elnur Hüseynovun yaradıcılığında isə müzıkl yenidir - məhz aktyorluq məharətinin nümayişi  baxımından.

Hər bir gəncin səs, vokal imkanları ilə litvalı peşəkarları belə üstələməklərinə rəğmən aktyor ifalarında müəyyən naşılıqlar hiss olunurdu. Özəlliklə əsas qəhrəman Nailə Zeynalovada. Əsərdə, eləcə də müziklda bütün hadisələrin mərkəz nöqtəsi məhz Esmiraldadır. Hər bir hərəkət məhz onun ətrafında cərəyan edir. Bu baxımdan ondan hər kəsdən daha güclü oyun gözləmək həm quruluş müəllifi, həm də seyrçilərin təbii haqqıdır. Lakin bütün gücünü səsinə, fikrini səhnədən necə görünməsinə yönəldən N.Zeynalovada Esmiralda obrazının nə duyumu, nə də yaşantısı yox idi.  Va olan ancaq gözəl SƏS və səsi müşayət edən kölgə təsiri bağışlayan bir varlıq vardı.

Ümümilikdə tamaşanın baxımlı və  təsirli edən musiqilər və səhnə effektləri idi. Özəlliklə, keşiş Frollonun Kvazmodonu necə böyütməsi, onun uşaqlığı və Esmiraldanın edam səhnəsindəki finalın fondakı kölgələr vasitəsilə təsviri, hadisələrin daha da təsirli olmasına və tamaşanı fərqli ovqata kökləyirdi.

Sevda Babayeva
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Foto və video Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.