"İstəyirik ki, alimlərimiz maaş haqqında deyil, gətirdikləri yenilik barədə fikirləşsinlər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın təhsil imkanları yüksəkdir və bunu daha da yüskəltmək olar. İnsanlarımız savadlıdır. Amma problemimiz odur ki, elm, təhsil inkişafın faktoruna çevrilməlidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirilmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda keçirilən "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" adlı panel müzakirədə deyib.
Baş nazirin müavini qeyd edib ki, elmin, təhsilin özü üçün inkişaf etməsi fəlsəfəsindən uzaqlaşmalıyıq: "60 yaşa kimi çalışıb elmlər doktoru adını alırlar. Bəs onu nə zaman tətbiq edəcək? İstəyirik ki, alimlərimiz maaş haqqında deyil, gətirdikləri yenilik və ondan əldə edilən gəlir haqqında fikirləşsinlər. Bir otaqda oturub dissertasiya yazmaqla iqtisadiyyatı inkişaf etdirmək olmaz. Elm istehsalatın icində olmalıdır. Təklif edərdim ki, biz elm adamları ilə bu barədə geniş müzakirə aparaq. Biz elmi, təhsili mücərrədlikdən çıxarmalıyıq. Biz niyə xarici dili zəif bilirik? Çünki məktəblərdə xarici dili bilməyən adama qrammatikanı öyrədirlər. Təhsilimiz də elə savadlı insanlar yetirməldir ki, o, işə gələndə fikirləşsin ki, mən bu iş yerində əvvəl işləyənin işini necə yeniləşdirə bilərəm?!"
Ə.Əhmədov deyib ki, əsas məsələ ölkədəki alimlərin sayının çox olması deyil, onların maraqlı ideyalarının olmasıdır: "Vacib deyil ki, alimin sayı 300-500 olsun, elmi adları olsun. Vacib olan odur ki, onların yaxşı ideyaları olsun. Elm, təhsil də inkişafın ən vacib amilinə çevrilməli, elm istehsalatın içində olmalıdır. Ona görə də elm, innovasiyalar xidmət sahəsinə, restoranlara içinə gəlib çıxmalıdır. Elm istehsalatın düz içində olmalıdır. Elm kənarda olanda o, ya istehsalata gec çatır, ya da çata bilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb





