Ölkə

Ali təhsilin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatıb

20 İyun 2016 17:21
2 Şərh     Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 23:59-da başa çatıb.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, 6401 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, yalnız 6336 nəfər ərizəsini təsdiq edib. Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrların siyahısı TQDK-ya təqdim olunduqdan sonra ümumi müsabiqə aparılacaq və nəticələr elan olunacaq. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, "ADA" Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrlar ümumi müsabiqədə iştirak etmək hüququnu itirirlər.
Xatırladırıq ki, müsabiqəyə yalnız "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.