Ölkə

Hərbi xidmət ali məktəbdən əvvəl olsun - TƏKLİF

17 May 2016 18:16
18 Şərh     Baxış: 4 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz müharibə şəraitində yaşayırıq. Ölkədə peşəkar orudunun yaranması vacibdir. Gənclərimiz hərbi xidmətə hazır olmalıdır və onların müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta məktəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bu parlamentin plenar iclasında "Elm haqqında" Qanun layihəsinin müzakirəsi zamanı təhsilin bakalavr və aspirantura səviyyəsində hərbi xidmətdən möhlət hüququnun qanun layihəsindən çıxarılması və təhsilin davamlılığı məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, əgər belə olmasa, təhsilin davamlılığı pozulacaq: "Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, təzədən gəlib magistraturanı davam etdirəcək. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Bunu qayda olaraq tətbiq edək ki, oğlanlar orta məktəbi bitirib əsgərliyə getsinlər".

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq II oxunuşda qəbul edilib.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.