Ölkə

Tələbələrin təqaüdləri niyə gecikdirilir? - AÇIQLAMA

14 Mart 2016 18:12
2 Şərh     Baxış: 1 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandakı  ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələrsə təqaüdlərini ala bilməyiblər.

Milli.Az bildirir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az-a açıqlamasında deyib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar.

"Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-nə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər".

Xatırladaq ki, tələbə təqaüdləri yeni qaydalarla veriləcək. Artıq imtahan göstəriciləri yüksək olan həm ödənişsiz, həm də ödənişli təhsil alan tələblərə də təqaüd veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.