Sumqayıtda sökülən obyektlərlə bağlı AÇIQLAMA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin Sülh küçəsində həyata keçirilən abadlıq və quruculuq işləri zamanı söküləcək qanunsuz ticarət və xidmət obyektləri barədə açıqlama verib.
Milli.Az bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Trend-ə deyib ki, abadlıq və quruculuq işləri ilə əlaqədar Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək:
"Yenidənqurma işləri müasir tələblərə uyğun davam etdirilir. Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, "Ən ucuz market" adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir. Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil".
G.Əliyev deyib ki, bu baxımdan Sumqayıt Şəhər İcra Hakimiyyəti həmin qanunsuz obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur.
Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: "Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir".
Sumqayıtda fəaliyyət göstərən "Cavid" ticarət mətkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bu obyektin sökülməsini Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib: "Həmin küçədə avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır. Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə "Cavid" ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən "Cavid" ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq. Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə kompensasiya verilməsi nəzərdə tutulmur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
XƏBƏR LENTİ
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Rusiyada hərbçiyə silahlı hücum: Zabit sinəsindən və üzündən vuruldu
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
-
Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə dələduzluq edənlərə 7 il həbs verildi
-
“Meta” yeni süni intellekt modelini istifadəyə verib
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
-
Rusiyada səfərbərlik olacaq? - Putin açıqladı
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
-
Günəşdə güclü partlayış oldu
-
Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi
-
Baldızının toyuna getməyən Fahriyedən diqqət çəkən paylaşım - (Fotolar)
-
Türkiyədə anbarda güclü yanğın - (Video)
-
Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər - Rəsmi
-
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
-
İran vətəndaşından narkotik alan şəxslər tutuldu
-
Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutub - Paşinyan
-
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - (Foto)





