Anar Məmmədovun məşhur jurnalı bağlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Garant Holding" şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal "National Geographic Azerbaijan" fəaliyyətini dayandırıb.
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək.
Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan "National Geographic Kids" jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.
Məsələ ilə bağlı "Garant Media Holding"in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxladıq. Lakin o, bu məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib.
Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.
Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur "National Geographic"in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında "Garant Media Holdinq" şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
"Arsenal"dan final antirekordu
-
"Tastewashing" nədir?
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
-
Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
"Oğlum futbol oynamaq istəmir"
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti





