Hacı Tale Nardarandakı gizli toplantını nə vaxt keçirib? - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:52
Milli.Az xəbər verir ki, bu gün virtualaz.org islamçı ekstremistlərin gizli təşkilatının Nardarandakı iclasından sensasion fotoşəkillər yayımlayıb. Həmin fotoşəkillər DİN-in xüsusi əməliyyatından bir saat əvvəl çəkilib.
Bu sensasion fotoşəkillər saytımızda yayımlanandan bir neçə saat sonra "Azadlıq" qəzeti noyabrın 26-da gizli iclasın keçirildiyi mənzildə DİN-in əməliyyatından az əvvəl çəkilmiş həmin fotoların həqiqiliyini şübhə altına almağa çalışıb.

"Azadlıq" qəzeti bu zaman facebook sosial şəbəkəsinə və Hüseyn Zadə adlı hansısa bir bloggerə istinad edərək bildirib ki, H.Zadə həmin fotoları öz səhifəsində guya hələ noyabrın 19-da və DİN-in əməliyyatından bir gün əvvəl - noyabrın 25-də paylaşıb.
Qəzet buradan çıxış edərək belə qənaətə gəlib ki, guya fakt saxtalaşdırılıb və gizli iclas haqda deyilənlər həqiqətə uyğun deyilmiş...
Amma təəssüf ki, həmkarlarımız belə qənaətə gələrkən xeyli dərəcədə tələsiblər. Səbəbi də sadədir. Məsələ burasındadır ki, həmin fotoları bizim redaksiyamıza müxalif nəşrin zənn etdiyi kimi, nə DİN-dən, nə də MTN-dən verməyiblər. Onu redaksiyamıza müstəqil blogger Mehman Hüseynov təqdim edib.
Belədə növbəti sual yaranır: bu yeni fotolar H.Zadənin səhifəsində noyabrın 19 və 25-də necə peyda ola bilərdi?
Bu suala cavab almaq üçün Mehman Hüseynovun özünə müraciət etdik.

Blogger bildirdi ki, bu fotoşəkilləri çəkən şəxs həmin gizli görüşdə bilavasitə iştirak edib və təhlükəsizlik mülahizələrini əsas götürərək bloggerə məsləhət görüb ki, fotoşəkillərin dərc olunma tarixini gizlətsin, yəni onları arxa tarixlə yayımlasın.
Burada meydana daha bir sual çıxır: özünü dünyəvi və demokratik Azərbaycan tərəfdarı kimi göstərən AXCP tərəfdarları islamçı ekstremistləri nəyə görə belə cani-dildən müdafiə edir, onların əl-üzünü yumağa çalışır?
Lap tutaq ki, fotolar noyabrın 26-da yox, lap elə 25-də çəkilib. Bunun nə fərqi var? Bu, sui-qəsdçilərin plan və niyyətlərini dəyişirmi? Yoxsa onların açıq-aşkar təxribatçı və terrorçu mahiyyətini dəyişir?
Belə təəssürat yaranır ki, özünü demokrat adlandıran bu AXCP tərəfdarları batmamaq üçün sanki axırıncı saman çöpünə də əl atırlar. Daha doğrusu, batanları batmamağa qoymamaq üçün.
Buradakı məntiqi başa düşmək isə doğrudan da çətindir. Axı Hacı Tale və ətrafı bir ağızdan Azərbaycanı teokratik dövlətə çevirmək istədiklərini deyirlər. AXCP-dəkiləri deyə bilmərik, amma biz dəqiq Tehranda yaşamaq istəmirik! Əgər AXCP-dəkilər Hacı Taleyin siyasi platformasını dəstəkləyirsə və ya ona rəğbət bəsləyirsə, onda Allah onları da bu kafirlərin taleyini yaşamaqdan qorusun...
--------
17:27
Milli.Az xəbər verir ki, virtualaz.org saytının redaksiyasına Nardaranda 2-si polis olmaqla 6 nəfərin öldüyü əməliyyatdan əvvəl hacı Tale Bağırzadənin keçirdiyi toplantıdan çəkilmiş fotolar daxil olub.
Fotolardan məlum olur ki, Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. hacı Tale Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir.
Evə toplaşanların əksəriyyəti gənclərdir və onlar Tale Bağırzadənin ölkədəki siyasi vəziyyət barədə "alovlu nitqini" diqqətlə dinləyirlər.
Fotonu redaksiyamıza göndərən mənbə bildirir ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə basqın edib. Bu zaman Tale Bağırzadənin tərəfdarları polisə silahlı müqavimət göstərib.
Qeyd edək ki, dünən yayılan bəzi məlumatlarda xüsusi əməliyyatın dindarların namaz qıldığı bir vaxtda keçirildiyi deyilirdi. Yaxud Nardaran sakinləri danışırdı ki, T.Bağırzadə əməliyyatın keçirildiyi vaxt toplantı keçirməyib, sadəcə olaraq polis təqiblərinə görə sakinlərdən birinin evində imiş.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Babək prospektində şadlıq sarayının qarşısında kütləvi dava - VİDEO
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
XƏBƏR LENTİ
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
Babək prospektində şadlıq sarayının qarşısında kütləvi dava - VİDEO
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"
-
Zelenski Londonda kralla görüşdü
-
Sosial media və uşaqlar: Yeni qanun qaçılmazdır
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama





