Ölkə

Azərbaycanda qan donduran eşq hekayəti

28 Oktyabr 2015 10:28
142 Şərh     Baxış: 26 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir azərbaycanlı gənc ailənin başına gələn həyat dramı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Milli.Az Trend-ə istinadən hər kəsin qanını donduracaq həyat dramını oxuculara olduğu kimi təqdim edir:

- Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.

Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: "Bir az daha gec gəlsəydik, daha pis şeylər ola bilərdi", - deyə söylədi.

Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma - "Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da" - dedim. ''Niyə mənimlə əziyyət çəksin ki?'' - deyə düşündüm...

Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik'' - dedi...

- Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdılar. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.