Dünya

“Taliban” Avropa ittifaqından yardım istədi

29 Noyabr 2021 11:48
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətərin paytaxtı Dohada "Taliban"rejiminin xarici İşlər naziri Emirhan Muttaki ilə Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson arasında görüş keçirilib.

Milli.Az Modern.az-a istinadən bildirir ki, görüş zamanı tərəflər Əfqanıstana humanitar yardım, hava limanlarının açılması, qızların təhsili kimi müxtəlif mövzularda danışıqlar aparıb.

Avropa İttifaqının Komissiyası bəyanatında bu görüşün müvəqqəti "Taliban" hökumətini tanıması demək olmadığını xüsusi vurğulayıb.

Bəyanata görə, hər iki tərəf Əfqanıstanda hava limanlarının açıq saxlanmasının vacibliyini qeyd edib. Müvəqqəti hökumət hava limanlarının fəaliyyətini davam etdirmək üçün Aİ-dən yardım istəyib.

Tərəflər həmçinin Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə edib. Aİ tərəfi əfqan xalqına humanitar yardım göstərmək niyyətini ifadə edərkən, müvəqqəti hökumətdən dövlət işçilərinin aylardır ödənilməyən maaşlarını ödəmə öhdəliyini xatırladıb.

Bundan əlavə, Avropa İttifaqı bəyanatında qız və oğlanların beynəlxalq standartlara uyğun təhsillərini bərabər şəkildə davam etdirmələrinin təmin edilməsinin vacibliyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.