Dünya

Təhlükəli yeni ştam aşkarlanıb - 3 ölkədə yayılıb

25 Noyabr 2021 07:55
1 Şərh     Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Botsvana, Cənubi Afrika və Honq-Konqda 10 nəfərdə B.1.1.529 adlı yeni növ koronavirus ştammına yoluxma halı qeydə alınıb. Bu, COVİD-in ən təhlükəli variantı ola biləcəyi ehtimal edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni COVID-19 ştammında 32 mutasiya var ki, bunlardan bəziləri onun yüksək ötürücülüyünü və vaksinlərə qarşı müqavimətini göstərir.

London Universitet Kollecinin genetiki Fransua Ballou təxmin edib ki, yeni ştammın "delta" variantına nisbətən anticismlərə müqaviməti daha çox olacaq. B.1.1.529-da çoxsaylı mutasiyalar virusun immun çatışmazlığı olan xəstədə yarandığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.