Dünya

Tbilisi Bakı və İrəvana özünün danışıqlar formatını təklif edir

20 Noyabr 2021 08:58
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistanın Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün "üçlük" çərçivəsində danışıqlar formatının yaradılması təşəbbüsü ilə çıxış edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, belə bir bəyanatla parlamentdə Gürcüstanın XİN rəhbəri David Zalkaliani çıxış edib.

"Bizim alternativimiz təklif etdiyimiz təşəbbüslərdir, o cümlədən "üçlük" formatı - Cənubi Qafqazın üç ölkəsi. Orada Gürcüstan, Azərbaycan və Ermənistan iştirak edəcək. Tbilisi üç Cənubi Qafqaz ölkəsi arasında dialoq platformasına çevrilməlidir", - deyə gürcü nazir bildirib.

Onun sözlərinə görə, Tbilisinin qonşu ölkələrə regionda gərginliyin aradan qaldırılmasına və uzunmüddətli perspektivdə sülhün bərqərar olmasına kömək edəcək iqtisadi layihələrdə iştirak təklif etmək ambisiyaları var.

Xatırladaq ki, Zalkalianı dünən Gürcüstanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə "3+3" danışıqlar formatında iştirak etməyəcəyini açıqlamışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.