Daha bir neçə yüz tank sərhədə tərəf irəliləyir - Kremlin planları nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş "Uraqan" və "Qrad" reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bundan əvvəl isə Rusiyanın Ukraynanın Xarkov vilayəti istiqamətində olduqca böyük sayda, bəzi məlumatlara görə hətta minlərlə T-80 döyüş tanklarını cəmləşdirdiyi məlum olmuşdu. Bu tanklar Rusiya ordusunun silahlanmasından əsasən çıxarılıb, amma Donbass separatçılarının arsenalında yer alır. Rusiya əsasən özünün nisbətən köhnəlmiş hərbi texnikasını bu cür münaqişə zonalarında "utlizasiya" edir.
Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi haqda xəbərlər artıq bir aya yaxındır yayılır. Bu günlərdə ABŞ rəsmən Avropa İttifaqını Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı haqda məlumatlandırıb. Habelə Pentaqon Ukrayna tərəfini xəbərdar edib ki, Moskva ona qarşı qış hücumuna başlaya bilər. Hesab edilir ki, Rusiya ordusu qış müharibəsi üçün daha hazırlıqlıdır və bu amil Ukrayna ordusunu sürətlə sıxışdırmağa kömək edəcək.

İki gün əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberg Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi brifinq zamanı Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında "qeyri-adi fəallığı" barədə xəbərdarlıq edib. O bəyan edib ki, son bir ay ərzində Rusiya Ukrayna sərhədlərinə böyük sayda hərbi texnika cəmləşdirir və qeyri-adi hərbi fəallıq nümayiş etdirir. Stoltenberg Kremli sərhədyanı rayonlara bu cür qoşun cəmləşdirməklə hansı planları həyata keçirmək istədiyini izah etməyə çağırıb.
NATO Baş katibinin sözlərinə görə, Rusiya müdaxilə qərarı versə xəbərdarlıq və ya hazırlıq üçün vaxt qalmayacaq. "Belə hərbi imkanları Rusiya daha əvvəl Ukraynaya və Gürcüstana qarşı aqressiya üçün istifadə edib", - o deyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)





