Dünya

Lufthansa pandemiyadan sonra ilk dəfə mənfəət açıqlayıb

7 Noyabr 2021 19:35
0 Şərh     Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Lufthansa şirkəti Covid-19 pandemiyasından sonra səyahət qadağaları qaldırıldıqdan sonra ilk dəfə sürpriz mənfəət elan edib.

Milli.Az fins.az-a istinadən bildirir ki,  Almaniyanın Lufthansa aviaşirkəti koronavirus məhdudiyyətlərinin götürülməsindən və sərnişinlərin sayının artmasından sonra ABŞ-a uçuşların bərpası ilə sürpriz mənfəət əldə etdiyini açıqlayıb.

Məlumata görə, şirkətin üçüncü rübdə düzəliş edilmiş mənfəəti 17 milyon avro (20 milyon dollar) olub. Bloomberg sorğusunda iştirak edən analitiklər 169 milyon avro zərər gözləyirdilər. Yük reyslərində rekord artım gəlirlilikdə də təsirli olub.

Ötən ilin analoji dövründə şirkət 1,26 milyard avro zərərlə üzləşdiyini açıqlayıb. Lufthansa, son rübdə də gəlirliliyin müsbət sahədə qalacağını və il boyu zərər elan edəcəklərini proqnozlaşdırdı. Şirkət 2022-ci ilə qədər normal gücünün 70 %-inə çatmağı planlaşdırır.

Lufthansa, epidemiyada aldığı ictimai xilasetmə paketinin bir hissəsini geri ödəmək üçün keçən ay 2 milyard avro kapital artımı etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.