Dünya

Ermənistanda dekabrdan bəzi sakinlər COVID-19-dan öz vəsaitləri ilə müalicə olunacaqlar

31 Oktyabr 2021 10:48
1 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda peyvənd olunmayan vətəndaşların dekabrın 1-dən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunacaqları istisna edilmir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Qeyri-infeksion xəstəliklər və xəstəxanadaxili infeksiyaların epidemiologiyası şöbəsinin müdiri Romela Abovyan hökumətin mətbuat xidmətinə müsahibəsində bildirib.

"İstisna edilmir ki, peyvənd olunmayan vətəndaşlar dekabrın 1-dən etibarən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunsunlar. Beynəlxalq şirkətlərin qeyd etdiyi kimi, digər ölkələrin təcrübəsi də peyvəndin bu xəstəliyə qarşı mübarizənin ən təsirli vasitəsi olduğunu göstərir", - o deyib.

Abovyan qeyd edib ki, Ermənistan lokdaun məsələsi hələ müzakirə olunmur. "Digər ölkələrin təcrübəsinin öyrənilməsi nəticəsində məlum olub ki, indiki məhdudiyyətlər daha effektivdir", - Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.