Avropa İttifaqı (Aİ) 2022-ci ildə COVID-19 əleyhinə 3,5 milyard doza vaksin istehsal etməyi hədəfləyir və peyvəndlərin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib. Avrokomissiyanın prezidenti bildirib ki, oktyabrın 30-31-də Romada keçiriləcək G20 Liderlərinin Sammitində və oktyabrın 31-də Şotlandiyanın Qlazqo şəhərində təşkil ediləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) Aİ üçün prioritet məsələlər olan yeni növ koronavirus epidemiyası ilə mübarizə, qlobal iqtisadiyyatın bərpası və iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq: "Pandemiya baxımından əsas hədəf G20 ölkələrinin dünya əhalisinin 70 faizinin vaksinasiyadan keçməsini təmin etməsidir. Gələn il Aİ-də istehsal olunacaq 3,5 milyard doza peyvəndin böyük hissəsi ixrac olunacaq".
O qeyd edib ki, Aİ istixana qazı emissiyasını 2020-ci ildəki səviyyələrlə müqayisədə 2030-cu ilə qədər 30 faiz azaltmağı qarşıya məqsəd qoyub.
Milli.Az