Dünya

Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada hərbi şirkəti iflasa uğrayıb

27 Oktyabr 2021 23:50
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı "Bayraktar" TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Türkiyəyə embarqo tətbiq edən Kanadanın "Telemus Sistemleri Inc." şirkəti iflasa uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, yoxlama, vergi və tərcüməçi xidmətləri yerinə yetirən KPMG-nin hesabatında əksini tapıb.

Qeyd edək ki, "Telemus Sistemleri Inc." şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib, əsas müştəriləri isə Türk Havaçılıq və Kosmik Sənaye AŞ (TUŞAŞ) olub. Kanada hökuməti 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədiyinə görə həmin ilin oktyabr ayında Türkiyəyə silah embarqosu tətbiq edib və bundan sonra "Telemus Sistemleri Inc." Şirkəti mallarının satışında problemlərlə üzləşməyə başlayıb. Kanada hökuməti tərəfindən "Telemus Sistemleri Inc." şirkətinin ixracat icazələri isə 2021-ci ilin aprelində ləğv edib.

2020-ci ildə "Telemus Sistemleri Inc." şirkəti 360 min dollar, bu il iyulun 31-də istehsalı dayandırmazdan əvvəl isə 2021-ci ildə 1,1 milyon dollar zərərə uğradığını açıqlayıb. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.