Dünya

Braziliya prezidentinin peyvəndlərin infeksion xəstəlik yaratdığı iddiasına görə kanalı bağlandı

27 Oktyabr 2021 11:48
5 Şərh     Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Youtube" Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə qismən bağlayıb. Şirkətin açıqlamasına görə bu addım dövlət başçısının dəfələrlə qaydaları pozmasına görə atılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Bolsonaru sözügedən videoda koronavirusa qarşı peyvəndlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edib. O, həftəlik canlı yayımı zamanı Böyük Britaniyada koronavirusa qarşı peyvənd edilmiş insanlara sonradan QİÇS diaqnozu qoyulduğunu iddia edən bir nəşrdən sitat da gətirmişdi.

Bolsonaronun bu çıxışı "Facebook"a məxsus platformalardan da silinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.