Dünya

Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi

26 Oktyabr 2021 08:23
0 Şərh     Baxış: 242

ABŞ Prezidenti Cozef Bayden Nyu-Cersi ştatında çıxışı zamanı qlobal istiləşmənin ölkəsinin iqtisadiyyatına təsirindən danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, C.Bayden 2021-ci ildə qlobal istiləşmədən dəyən zərəri 100 milyard dollar qiymətləndirib.

ABŞ Prezidenti sentyabr ayında "İda" qasırğasının zərər vurduğu Nyu-Cersiyə gəldiyini xatırladıb. Təbii fəlakəti C.Bayden iqlim dəyişikliyi ilə əlaqələndirib:

"Təkcə bu il qlobal istiləşmə bizə bir trilyondan çox, bağışlayın, 100 milyard dollar ziyan vurub".

Onun sözlərinə görə, federal hökumət təxminən 30 min Nyu-Cersi sakininin yardım üçün müraciətlərini təsdiqləyib və təmir, dəyişdirmə, kirayə və digər ehtiyaclarla bağlı yardım üçün 150 milyon dollar ayırıb: "2010-2020-ci illər arasında bu ştatda 24 ekstremal hava hadisəsi baş verib".

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.