Dünya

Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib

18 Oktyabr 2021 07:48
0 Şərh     Baxış: 801
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın hüquq-mühafizə orqanları oğurluq avtomobillərin satışı və tütün məmulatlarının qanunsuz ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkəni ifşa ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Milli Jandarmının "Twitter" səhifəsində açıqlama yerləşdirilib.

Məlumatda deyilir: "Jandarmlar tütün məmulatlarının və oğurluq avtomobillərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alıblar".

Qeyd edilir ki, transmilli cinayətkar qruplaşmanın tərkibində "rusdilli mafiya" ilə bağlantıları olan Ermənistan və Gürcüstan qruplaşmaları iştirak edib.

Bildirilir ki, ümumilikdə xüsusi əməliyyatlar zamanı 37 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.