Dünya

İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 il həbs cəzası aldı

16 Oktyabr 2021 23:46
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda Mərkəzi Bankının sabiq rəhbəri Vəliyullah Seif korrupsiyada ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İran Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian məlumat verib.

Qeyd olunur ki, Mərkəzi Bankının sabiq rəhbəri 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə İran Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da valyuta vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə səkkiz il azadlıqdan məhrum edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.