Dünya

Kart əvəzinə üzlərini göstərərək, metroya minməyə başladılar - VİDEO

16 Oktyabr 2021 08:53
0 Şərh     Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada metro stansiyalarında "üz tanıma" vasitəsilə ödəmə sistemi - "Face Pay"in tətbiqinə başlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni sistemlə sərnişinlər "Troyka" adlı metro kartları əvəzinə üzlərini göstərərək, metroya minməyə başlayıblar.

Moskva Bələdiyyəsinin tətbiqinə başladığı sistemə görə, sərnişinlər tətbiq üzərindən üzlərini tanıdaraq, sistemə daxil ola bilirlər.

Qeydiyyat tamamlandıqdan sonra insanlar metroya minərkən üzlərini göstərdiyi anda gediş haqqı sərnişinin əlaqələndirdiyi bank hesabından avtomatik olaraq çıxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.