Avropa İttifaqı liderləri Ukraynaya dəstək verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Ukraynaya daha güclü dəstək verəcəyini vəd edib və bildiriblər ki, Rusiyadan gələn qaz tədarükünün etibarlılığı ilə bağlı narahatlığa görə Aİ bu qış Ukraynaya fasiləsiz təbii qaz verilişini təmin etməyə çalışır.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Şurasının rəhbəri Çarlz Mişel oktyabrın 12-də Kyivdə prezident Volodimir Zelenski də daxil olmaqla Ukrayna rəsmiləri ilə keçirilən sammit zamanı birgə mətbuat konfransında çıxış ediblər.
"Sizinlə Avropa İttifaqına üzv ölkələrdən gələn qaz tədarükünün artırılması üçün də sıx əməkdaşlıq edəcəyik. Bura Slovakiyadan əlavə qaz boru kəmərinin çəkilməsi üçün işlərin görülməsi variantı da daxildir" - deyə, Von der Leyen bildirib.
"Ukrayna Avropaya qaz nəqli üçün etibarlı tranzit ölkə olaraq qalır və qalmalıdır" - deyə, o əlavə edib.
Görüş 23-cü Ukrayna-Aİ zirvəsi çərçivəsində baş tutub və Ukraynanın Kremlin dəstəklədiyi qüvvələrlə ölkənin şərqində 8-ci ilinə keçən münaqişə ilə yanaşı, daxili islahatlar və ölkənin uzun müddətdir davam edən korrupsiya ilə mübarizəsi səbəbindən Zelenski təzyiq altındadır.
Həm Ukraynaya, həm də Avropa bazarlarına qaz tədarükü məsələsi son həftələrdə havanın hərarətinin düşməsi və qazın qiymətlərinin kəskin şəkildə rekord həddə yüksəlməsi ilə gündəmə gəlmişdir.
Ukrayna eləcə də bəzi Avropa ölkələri qiymət artımında günahı Avropanın ən böyük qaz tədarükçüsünü Rusiya və onun dövlət şirkəti olan Qazpromu qınayıb.
Mütəxəssislər artan qiymətlərin keçən il daha uzun, daha soyuq bir qış səbəbindən ehtiyatın tükənməsi, Norveç kimi digər təchizatçıların işinin pozulması və ABŞ-dan Asiyaya yönəldilmiş təbii maye qaz (LNG) tədarükü də daxil olmaqla, bir çox səbəbdən qaynaqlandığını deyir.
Ukrayna iki ölkə arasında düşmənçiliyin davam etməsi səbəbindən Rusiyadan tədarükünün kəsilə biləcəyindən də çəkinir. Bu gərginliklərə Rusiya tərəfindən işğal edilmiş Qara dənizdəki Krım yarımadasının statusu və Ukraynanın şərqində separatçılarla davam edən döyüşlər daxildir.
Vəziyyətə əlavə olaraq Rusiya qazını birbaşa Avropaya çatdıracaq Rusiyanın Şimal axını 2 boru kəmərinin istifadəyə verilməsi gözlənilir. Baltik dənizi boru kəməri Rusiyaya Avropaya axan qazın miqdarını artıracaq, eyni zamanda Ukraynadan yan keçəcək və Kyivə milyardlarla dollar tranzit haqqı verməyəcək.
Kyivdə Aİ rəsmiləri Ukrayna və Avropa İttifaqı hava limanları arasında uçuşlar həyata keçirən aviaşirkətlərə qoyulan məhdudiyyətləri ləğv edəcək yeni bir aviasiya müqaviləsini də açıqlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib





