Böyük 20-lik Əfqanıstandakı humanitar böhranı müzakirə edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən güclü iqtisadiyatına malik Böyük 20-lik (G-20) ölkə liderləri Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən iki ay sonra çərşənbə axşamı fövqəladə toplantı keçirir.
G-20-yə sədrlik edən İtaliyanın Baş Naziri Mario Draqi Əfqanıstanın humanitar fəlakətə doğru getdiyini bildirərək görüşüşün keçirilməsi üçün təzyiq göstərmişdi.
Mario Draqi deyib ki, bu gün keçirilən qapalı virtual zirvə görüşünün əsas mövzuları Əfqanıstanda təhlükəsizlik, humanitar yardım və insan haqları olacaq. Xatırladaq ki, növbəti G-20 zirvə görüşü 30-31 oktaybr tarixlərində keçirilməsi nəzərdə tutulub.
Talibanın avqustun 15 -də hakimiyyəti ələ keçirməsi və ABŞ qoşunlarının iyirmi illik müharibədən sonra geri çəkilməsindən sonra ölkədəki humanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqdadır.
Liderlər Baş Nazir Mario Draqinin əsas "prioritet" olaraq təyin etdiyi mövzular - terrorla necə mübarizə aparılması, ölkə daxilində hərəkət azadlığının təmin edilməsi, həm Əfqanıstan sərhədləri daxilində, həm də xaricindəki əfqanlar, qeyri-hökumət təşkilatlarının üzvləri və ölkədəki qadınların vəziyyəti müzakirə olunacaq.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bazar ertəsi bildirib ki, Əfqanıstanda banklar bağlanıb, bir çox yerdə sağlamlıq və digər zəruri xidmətlərin dayandırılıb. O, ölkə əhalisinin yarısına təsir edən humanitar böhranın artdığını da vurğulayıb.
"Taliban yaraqsızlığına görə Əfqanıstan xalqı kollektiv cəza ala bilməz" - deyə, Quterreş bildirib.
Zirvə görüşünə, həmçinin Hollandiya, İspaniya, Sinqapur və Talibanın Qərblə dialoqunda mühüm rol oynayan Qətər də dəvət olunub.
Lakin görüşə Əfqanıstanın qonşuları Pakistan və İran dəvət olunmayıb. Eləcə də Çin mediasının verdiyi xəbərə görə, Prezident Şi Tsinpin də iştirak etməyəcək.
Məsələyə maksimum diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, müxtəlif təşkilatlar görüşdə iştirak edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
XƏBƏR LENTİ
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi





