Virus 9 il əvvəl tapıldı, ancaq Fransa... - ŞOK ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı elm adamları SARS-CoV-2-nin ortaya çıxmasının yeni versiyasını irəli sürüblər.
Milli.Az xəbər verir ki, "The Telegraph"da dərc olunan xəbərdə bildirilir ki, virus 2012-ci ildə yoluxan çinli bir mədənçidə tapılan infeksiyadan qaynaqlanıb.
Amerikanın "Bioscience Resource Project" təşkilatının icraçı direktoru Conatan Latam qeyd edib ki, viruslar insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər.
2012-ci ildə Uhandakı mədənçilər mağarada yarasalarla təmasda olduqdan sonra sətəlcəmə bənzər bir xəstəliklə üzləşiblər. Bundan sonra Uhan alimləri eyni yerdə 96% COVID-19-a bənzəyən RaTG13 yarasa koronavirusunun izlərini tapıblar. Amerikalı alimlərin nəzəriyyələrinə görə, naməlum virus 2019-cu ildə Uhan laboratoriyasının xaricinə sızan SARS-CoV-2 formasından 6 ay əvvəl mədənçilərin ağciyərlərində əmələ gəlib.
Bu nəzəriyyənin keçən il ifadə edildiyi diqqət çəkir. Bildirilib ki, yeni tip koronavirus infeksiyasının ortaya çıxdığı yer Çindəki Mojiang Mağarası ola bilər, çünki 2012-ci ildə orada SARS-CoV-2-yə bənzər bir virus aşkar edilib. Sonra orada 30-60 yaş arası 6 kişi mis çıxarmaq üçün mağaraları yarasaların ifrazatından təmizlədikdən sonra ağır tənəffüs yoluxucu infeksiyasına yoluxub. Onlardan üçü sonradan xəstəlik səbəbindən ölüb.
Araşdırma onların RaTG13 adlanan koronavirusa yoluxduqlarını göstərib. Hindistanlı tədqiqatçıların RaTG13-ün SARS-CoV-2-dən formalaşdığı ehtimalını irəli sürdükləri zaman Uhan Virologiya İnstitutu tərəfindən virus nümunələri toplandı. Ancaq Fransa alimləri bu fikri təkzib ediblər.
Fransız elm adamlarına görə, RaTG13 ilə yoluxmuş insanların simptomları COVID-19 xəstələrində görülənlərdən çox fərqli idi. Alimlər Çin mədənçilərinin yaxın təmasda olduqları həkimlərin və insanların niyə xəstələnmədikləri ilə də maraqlanıblar. 5 milyondan çox insanın ölümünə səbəb olan və 18 ayda 200 milyondan çox insana yoluxmuş virusun 2012-ci ildən 2019-cu ilə qədər niyə xəstəliyə səbəb olmadığı da tədqiqatçıları düşündürür. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artistin ailəsində xoş gün
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
ABŞ Mahmud Abbasa niyə viza vermədi?
-
Alla Axundova vəfat etdi
-
Lənkəranda ağır qəza - Ölənlər var
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
UEFA Avropa Liqası: İlk oyunların nəticələri
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)





