Dünya

Böyük Britaniya səyahət qaydalarında dəyişiklik edib

8 Oktyabr 2021 21:25
0 Şərh     Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya səyahət qaydalarında dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökuməti səyahət qaydalarında dəyişiklik edərək 47 ölkəni qırmızı siyahıdan çıxarıb.

Qırmızı siyahıdakı Panama, Kolumbiya, Venesuela, Peru, Ekvador, Haiti və Dominikan Respublikası yaşıl siyahıya daxil edilib.

Bu sistemə görə Krallığa daxil olan peyvənd olunmuş şəxslərin özünü təcrid etmələrinə ehtiyac qalmayacaq.

Peyvənd olunmayan şəxslərin isə 10 gün özünü təcrid etmələri tələb olunur.

Qeyd edək ki, Britaniya koronavirusun fərqli variantlarının ölkəyə daxil olmasının qarşısını almaq üçün qırmızı, sarı və yaşıl rənglərdən ibarət siyahı tərtib etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.