Dünya

Hamilə arvadının BAŞINI KƏSDİ: Qayınatasına isə 60 bıçaq zərbəsi vurdu

8 Oktyabr 2021 09:42
0 Şərh     Baxış: 1 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu ilin fevral ayında Perm şəhərində baş verib.

Ortayaşlı kişi ailə münaqişəsi zəminində hamilə arvadının başını kəsib, qayınatasına isə 60 bıçaq zərbəsi vurub.

Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin arvad qohumları ilə münasibətlərində problemlər olub. Həmin gün ailədə mübahisə də məhz buna görə baş verib.

Hazırda cinayət işi məhkəməyə göndərilib. Perm sakinini uzun müddətli həbs cəzası gözləyir. Ömürlük həbs də istisna edilmir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.