Dünya

Ukrayna generalı: Donbasda güzəştə getməliyik!

6 Oktyabr 2021 10:54
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donbas konfliktinin hərbi həlli Ukraynanın məğlubiyyəti ilə nəticələnəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun generalı Aleksandr Kixtenko deyib.

Onun sözlərinə görə, Donbas konfliktinin həlli üçün Kiyev müəyyən güzəştlərə getməlidir:

"Keçilməyən bir qırmızı xətt saxlamaq lazımdır. Bu, konstitusiyaya dəyişiklik və Donetsk vilayəti tərkibində ayrı-ayrı respublikaların yaradılmasıdır".

Kixtenkonun sözlərinə görə, regionda situasiya gərginləşib və Kiyev 2015-ci ildə təklif edilənlərdən daha çox güzəştə getməyə məcbur olacaq.

General konfliktinn hərbi həllinin olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.