Dünya

“Microsoft” yeni əməliyyat sistemini buraxıb

6 Oktyabr 2021 12:44
0 Şərh     Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Microsoft" korporasiyası əməliyyat sisteminin yeni bir versiyasını - "Windows 11"i buraxıb, artıq sistem yüklənə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni alınmış, "Windows 10" yüklənən kompüterlərin sahibləri artıq "Windows 11"i pulsuz yüksəldə bilərlər. Qalan "Windows 10" əməliyyat sistemli cihaz istifadəçiləri isə kompüterləri minimum sistem tələblərinə cavab verərsə, tədricən proqramı yeniləmək təklifi alacaqlar.

"Bütün uyğun "Windows 10" cihazların 2022-ci ilin ortalarına qədər "Windows 11"ə yenilənməsini təklif edəcəyik", - deyə "Microsoft"dan bildirilib.

Yeniləmə Mərkəzinin "Windows 11"i quraşdırılmasını təklif etməsini gözləməyi istəməyən istifadəçilər "Windows 11"in əməliyyat sistemini indi "Microsoft"un yeni Quraşdırma Köməkçisindən istifadə edərək yeniləyə bilərlər.

"Windows 11"in quraşdırılması üçün minimum sistem tələblərini "Microsoft"un rəsmi saytında tapmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.