Dünya

Təyyarə magistral yolda qaldı, körpünün altından keçə bilmədi

4 Oktyabr 2021 20:06
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın paytaxtı Dehlidə, Hindistan milli hava yolu şirkəti Air India şirkətinə aid bir təyyarə, hava limanı yaxınlığındakı Dehli-Guruqram magistralındakı piyada körpüsünün altında qalıb.

Milli.Az aviatravel.az-a istinadən xəbər verir ki, aviaşirkət müxbirlərə bildirib ki, bu layner köhnədir, istismardan çıxarılıb və yeni sahibinə satılıb.

Times of India, təyyarənin yeni sahibinin onu magistral yol boyunca daşımaq qərarına gəldiyini, ancaq təyyarənin ölçülərini düzgün hesablamadığını və təyyarənin körpünün altına ilişdiyini yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.