Dünya

Əlcəzair öz hava məkanını Fransa hərbi təyyarələri üçün bağladı

4 Oktyabr 2021 10:48
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzair Fransa hərbi təyyarələrinin öz hava ərazisi üzərindən uçmasını qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fransalı hərbçilər Malidə "Barhan" əməliyyatınə məhz Əlcəzairin hava məkanından istifadə etməklə həyata keçirirdilər.

Fransa 2013-cü ildən bəri Malidə olan silahlı qruplara qarşı müntəzəm hərbi əməliyyatlar həyata keçirir.

Qeyd edək ki, Əlcəzair və Paris arasında əlaqələr Fransa Prezidenti Emmanuel Makronun keçmiş müstəmləkələr barədə çıxışından sonra kəskinləşib.

E. Makron cümə axşamı Əlcəzairdə müstəqillik uğrunda mübarizəyə qarşı döyüşmüş fransızların nəvələri ilə görüşdə deyib ki, Əlcəzairin rəsmi tarixi həqiqətlərə əsaslanaraq deyil, Fransaya nifrət üzərində yazılıb.

Əlcəzair bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib və Parisdəki səfirini məsləhətləşmək üçün geri çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.