Kiçikhəcmli şəxsi təyyarə havaya qalxdıqdan qısa müddət sonra İtaliyanın Milan şəhərinin yaxınlığındakı San Donato yaşayış məntəqəsində ikimərtəbəli binaya çırpılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində təyyarədə olan 8 nəfər (iki pilot, biri uşaq olmaqla 6 sərnişin) ölüb.
Təyyarə Milanın "Linate" hava limanından Sardiniya adasındakı Olbiya şəhərinə gedirmiş.
Milli.Az