Dünya

Tələbə qızları öldürənin adı açıqlandı - FOTO

3 Oktyabr 2021 18:50
0 Şərh     Baxış: 1 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hüquq-mühafizə orqanları, Orenburq vilayətinin Qay şəhərində üç qız tələbənin qətlində şübhəli bilinən şəxsi müəyyən ediblər. 

Milli.Az lent.az-a istinadla verdiyi xəbərə görə, məlum olub ki, o, əvvəllər məhkum olunmuş 29 yaşlı gəncdir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis 1991-ci il noyabrın 23-də anadan olan Alexander Vyaçeslavoviç Lazarevin yerini müəyyənləşdirmək üçün kömək istəyib.

Bir neçə gün əvvəl Qay şəhərindəki Gənclər küçəsində 17, 18 və 19 yaşlı 3 tələbə qəz qətlə yetirilib. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub. 

Müstəntiqlərin ilkin versiyasına görə, cinayətkar qızları qətlə yetirmək üçün mətbəx bıçağından istifadə edib. 

Digər versiyaya görə, hadisə zamanı qızlar dərin yuxuda olublar. Onların yuxu dərmanının təsiri altında olduqları da ehtimal edilir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.