Dünya

Saakaşvilinin xanımı Ukrayna hakimiyyətindən kömək istəyib

2 Oktyabr 2021 08:12
0 Şərh     Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali Radanın deputatı və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xanımı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.

Milli.Az "Report"a istinadən bildirir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.

"Öz dövləti uğrunda sevgi və mübarizə - bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili - Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!", - o yazıb.

Parlament üzvünün müraciəti Ukrayna prezidenti Volodimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə, Avropa monitorinq missiyalarında və BMT-yə ünvanlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.