Dünya

“İran göründüyündən də zəif və çarəsizdir” - İsrailin Baş naziri

28 Sentyabr 2021 10:00
1 Şərh     Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi siyasi müzakirələrində söyləyib.

"İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsi ilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar", - deyə Naftali Bennet vurğulayıb.

İsrailin Baş naziri nitqinin davamında bəyan edib ki, İsrail İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək:

"İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.