Dünya

“Taliban” Əşrəf Qaninin özü ilə apardığı vəsaitləri geri istəyir

24 Sentyabr 2021 11:44
0 Şərh     Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstanın yeni hökuməti ölkədən qaçan Prezident Əşrəf Qaninin təhvil verilməsini deyil, onun özü ilə apardığı dövlət vəsaitlərinin geri qaytarılmasını istəyir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid "RİA Novosti"yə müsahibəsində deyib.

"Xeyr, biz Əşrəf Qaninin verilməsini istəmirik. Lakin Qani dövlət vəsaitlərini oğurlayıb və biz onların banka qaytarılmasını tələb edirik. Bu vəsaitlər xalqa və bizim banklara məxsusdur", - deyə Mücahid bildirib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Kabil şəhərinin "Taliban" hərəkatı tərəfindən tutulmasından sonra ölkəni tərk edib. O, bu addımı "müharibənin qarşısını" almaq üçün atdığını vurğulamışdı.

Bununla belə, Əşrəf Qani hadisədən 3 gün sonra BƏƏ-də videoformatda çıxış edərək ölkəsinə geri dönməyi vəd etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.