Dünya

İsrail XİN İran Prezidentini yalanda ittiham etdi

22 Sentyabr 2021 18:06
0 Şərh     Baxış: 1 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran Prezidenti İbrahim Rəisinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı yalan və sinizm ilə dolu idi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat İsrailin Xarici İşlər Nazirliyinin şərhində yer alıb. 

"Rəisi yalan və sinizm ilə dolu çıxışı ilə beynəlxalq ictimaiyyəti aldatmağa davam edir. Beynəlxalq ictimaiyyət İran rejimini tənqid etməli və nüvə silahının bu ekstremistlərin əlinə düşməsi ilə bağlı istənilən imkanın qarşısını almalıdır", - deyə İsrail XİN-in yaydığı məlumatda qeyd olunub. 

Qeyd edək ki, İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bildirib ki, Tehran nüvə sazişi üzrə danışıqlar prosesinin İran üzərindəki sanksiyaların ləğvinə gətirib çıxaracığını hesab edir. "Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur", - deyə Rəisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.