Dünya

İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

19 Sentyabr 2021 15:22
1 Şərh     Baxış: 2 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.

Milli.Az-a Musavat.com-a istinadla xəbər verir ki, hərbi təchizatlar arasında İran istehsalı olan "Tufan" zirehli hərbi maşını da gözə dəyib.

Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.