Dünya

Bu ölkədə maska məcburiyyəti ləğv edilir

18 Sentyabr 2021 08:48
0 Şərh     Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikada maska məcburiyyəti ləğv edilir və "təhlükəsiz COVID kartı"nın istifadə sahəsi genişləndirilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Aleksandr de Kro keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ölkədə yetkinlik yaşına çatmış şəxslərin 84 faizi tam vaksinasiyadan keçib. Buna görə də oktyabrın 1-dən mağaza və qonaqlama sektorunda həm müştəri, həm də işçilər üçün maska məcburiyyəti ortadan qaldırılır.

Baş nazir əlavə edib ki, tibb müəssisələrində, gözəllik salonları və bərbərxanalarda maska taxılmalıdır.

Ölkədə oktyabrın 1-dən etibarən "təhlükəsiz COVID kartı" restoran, idman salonu kimi müxtəlif yerlərə girişdə istifadə ediləcək. Hələlik oktyabrın 31-dən keçərli olan tətbiq pandemiya ilə bağlı vəziyyətdən asılı olaraq 30 iyun 2022-ci ilə qədər uzadıla bilər

Oktyabrın 1-dən gecə klubları da "təhlükəsiz COVID kartı" şərti ilə açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.