Dünya

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

17 Sentyabr 2021 07:45
0 Şərh     Baxış: 283

ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir, əksinə açıq ünsiyyət kanalları ilə əlaqələrini davam etdirmək istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Hind-Sakit okean bölgəsində ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə əməkdaşlığını şərh edən Ağ Ev nümayəndəsi bildirib ki, razılaşma heç-bir ölkəni hədəfə almır.

C.Psaki qeyd edib ki, razılaşma ABŞ-ın strateji maraqlarının və regionda sabitliyin qorunmasına yönəlib: "Çinə gəlincə, biz onlarla sərt rəqabətə hazırıq, amma münaqişə axtarmırıq".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.